Şb. Noy 23rd, 2019

“20 Yanvarı unutdurmağa çalışanlar azərbaycanlı deyil”- Şeyxülislam

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məxsus facebook sosial şəbəkə hesabından 20 Yanvarla bağlı paylaşım edilib.

Paylaşımda yazılıb: “20 Yanvar hadisələrini unudanlar və unutdurmağa çalışanlar azərbaycanlı deyil”.

Şeyxin bu mövzunun həssas olduğu bir dönəmdə facebook profilindən edilən paylaşım diqqəti cəlb edir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bakı Slavyan Universitetində (BSU) keçmiş SSRİ rəhbərliyində təmsil olunmuş, 20 Yanvar qırğınında rolu olan Yevgeni Primakovla bağlı esse müsabiqəsinin keçirilməsi ictimaiyyətdə ciddi narazılıq doğurub. Bununla yanaşı Rusiyanın Azərbaycandakı Mədəniyyət Mərkəzində Primakovla bağlı sərginin keçirilməsi də narazılıq doğurmuşdu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bu paylaşımını BSU-ya və Rusiyanın Azərbaycandakı Səfirliyinə qarşı etiraz bəyanataı da saymaq olar.

Dialoq.info

Paylaş: