Ça. Noy 12th, 2019

Ermənistanda Qarabağla bağlı referendum keçirilə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirə bilər.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə Facebook-da canlı yayımda olan zaman deyib.

“Danışıqlar masası ətrafında əsas məsələ erməni xalqı üçün münasibt həll variantı tapmaqdır. Əgər belə varinat tapılsa, o xalqa təqdim olunacaq və ümumi müzakirəyə çıxarılacaq. Qərar ümumilli formatda qəbul olunmalı və lazım gələrsə, referendum keçirilməlidir”.

Paşinyan Qarabağı satacağı ilə bağlı müxalifətin iddialarını da rədd edib.

“Deyirdilər ki, mən və höukmətim Qarabağı satmağa hazırlaşırıq. Zaman bu iddiaların absurd olduğunu göstərəndən sonra yeni tezis kimi mənim Qarabağa qarşı fəaliyyətə keçdiyimi və müharibə yolu ilə əraziləri verməyimi iddia etdilər. Sizə dəqiq deyə bilərəm: Ermənistan və Qarabağ hakimiyyətlərinin münaqişənin həlli barədə təsəvvürləri üst-üstə düşür”.   /Modern.az/

Paylaş: