C. Noy 22nd, 2019

“Arada bir məktub da yazırlar” – Ərdoğan Trampa sataşdı

“ABŞ bizə hava hücumundan müdafiə sistemləri satmadı, biz də Rusiyadan aldıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türk lider ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə qarşı alternativlərinin olduğunu bildirib:

“Hava hücumundan müdafiə sistemlərini bizə satmadıqları üçün Rusiyadan aldıq. Buna görə də bizə qarşı hücuma keçdilər. Üstəgəl, layihəsində iştirak etdiyimiz döyüş təyyarələrini bizə təslim etmək istəmədilər. Biz də öz təyyarələrimizin istehsal prosesini sürətləndirmişik. Alternativ qırıcıları da axtarırıq, hər şeyin alternativi var, əsas budur ki, pulun olsun.

Bununla bizi sıxışdıra bilmədikləri üçün əsrlik arxivləri açdılar. Bu, mərd mübarizə üsulu deyil. Hər gün biri çıxıb ölkəmizi təhdid edir. Konqresdə heç bir hökmü olmayan qərarlar verilir. Arada bir məktub da yazırlar. Belə olan halda Türkiyə geri çəkilə bilərmi?”

ABŞ Prezidenti Donald Tramp sentyabr ayında Ərdoğana göndərdiyi məktubda onu təhqir etmişdi. Ağ Ev rəhbəri məktubda türk liderini “axmaq” adlandırmışdı. (teleqraf.com)

Paylaş: