Ça. Noy 12th, 2019

Azərbaycanın futbol klubu dünyada BİRİNCİ OLDU: “Real”ı belə geridə qoydular – FOTO

Almaniyanın “Transfermarkt” saytı ötən həftəsonu keçirilən və ən çox azarkeşin stadiondan izlədiyi oyunların siyahısını dərc edib.

Siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun “Traktor” – İstiqlal” görüşü (2:4) yer alıb.

Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. “Borussiya” (Dortmund) – “Volfsburq” (Bundesliqa, 80 min 200) ikinci , “Real” – “Betis” (La Liqa, 70 min 375) oyunu üçüncü olub.

“Flamenqo” – “Korintians” (Braziliya çempionatı, 64 min 985) 4-cü , “Arsenal” – “Volverhempton” (Premyer Liqa, 60 min 383) matçı isə 5-ci sırada qərarlaşıb. (publika.az)

Paylaş: