Bz. Noy 17th, 2019

Bakıda prokurorluq işçilərini partlatmaq istədilər

Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.

Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.

Turkustan.info xəbər verir ki, bu barədə Oxu.Az-a məlumatlı hüquq mühafizə mənbələri məlumat verib.

Prokuroturanın işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilinə basqın edib.

Bu zaman Ə. Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar.

N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib.

36-cı polis bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar.

Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib.

N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Paylaş: