Ca. Noy 21st, 2019

Erməni ordusunun daha bir hərbçisi öldü

Ermənistan ordusunda daha bir hərbçi ölüb.

Turkustan.info xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Məlumata görə, dünən 19:30-da hərbi hissələrdən birində Erik Ararat Arutyunyan yaralı vəziyyətdə aşkarlanıb. Onun hospitala çatdırılarkən öldüyü bildirilib.

Hərbçinin ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.  /Axar.az/

Paylaş: