Ca. Noy 21st, 2019

Polisdən Elçin Əlibəylinin döyülməsinə REAKSİYA

Teleaparıcı Elçin Əlibəylinin döyülməsilə bağlı 29-cu polis şöbəsində araşdırma aparılır.

Turkustan.info xəbər verir ki, bu barədə “Yeni Sabah”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib. 

Xatırladaq ki, Elçin Əlibəyli oktyabrın 19-da qonşusu tərəfindən döyüldüyünü bildirib. Onun sözlərinə görə, qonşusu sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayevdir. Natiq Abdullayev də güləş üzrə Avropa çempionudur.

Paylaş: