Ca. Noy 21st, 2019

Şuranın dəstəyilə Türkiyədə əcnəbi tələbələr üçün Qarabağ problemi haqqında təlimlər keçirilib

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ermənistanın işğalçılıq siyasətiylə bağlı xarici tədqiqatçıların məlumatlandırılması və xarici tədqiqatçılar tərəfindən məqalələrin hazırlanması” layihəsini həyata keçirib.
Layihə çərçivədə ekspertlər Türkiyədə və Şimali Makedoniyada keçirilən beynəlxalq konfranslarda iştirak və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məruzələr ediblər.
Layihənin 6 ay icra müddətində layihənin rəhbəri və ekspertlər Türkiyə Respublikasına və Şimali Makedoniya Respublikasına səfərlər ediblər, İstanbul və Skopiya şəhərlərində keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı çıxışlar ediblər.
Bundan əlavə, layihə çərçivəsində 3 fərqli ölkə vətəndaşı, gənc araşdırmaçı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma prosesinə dəvət edilib. Araşdırmanın nəticəsində mövzu ilə bağlı 2 fərqli əsər ortaya qoyulub. Bu əsərlərin nüfuzlu xarici nəşrlərdə yayınlanması nəzərdə tutulur.

Paylaş: