C. Noy 22nd, 2019

Tramp beysbol oyunçusuna arxadan sarıldığına görə yenə “dilə-dişə” düşdü… – FOTOLAR

Həmişə ilginc hərəkətləriylə gündəmdən düşməyən ABŞ prezidenti Donald Tramp yenə davranışıyla gündəm olub.
Trampın Ağ evə gələn beysbolçu Kurt Suzukiyə arxadan sarılması müzakirələrə səbəb olub.
Trampın idmançıya qarşı hərəkəti həm təccübləndirib, həm də qınanıb.
İdmançı Trampın şüarı olan “Yenə Böyük Amerika” yazılı papağıyla prezidentin diqqətini çəkib. Qəfil Suzukini arxadan qucaqlayan Tramp bunun sonradan yalnış bir addım olduğunu anlayaraq geri çəkilib. Jurnalistlər isə onun ölkə başçısına yaraşmayacaq bir addım atdığını deyiblər.
(moderator.az)

Paylaş: