Ç. Noy 20th, 2019

AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU Aİİ-nin rektoru Moskvada Üçüncü Beynəlxalq Elmi Konfransda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhəriRusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən “Elm və təhsil məkanında ilahiyyat: din, mədəniyyət və maarif” mövzusunda Üçüncü Beynəlxalq Elmi Konfransda iştirak edib.

Konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov konfransda “Müasir dövrdə Azərbaycanda din təhsili” mövzusunda məruzə ilə çıxış edib. Rektor diqqətə çatdırıb ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaradılması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir.

C.Məmmədov bildirib ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, milli-mənəvi və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi üçün bir çox addımlar atılıb. Rektor vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bunuəyani olaraq sübut edir.

Daha sonra Aİİ rəhbəri Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb.O, ali təhsil müəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, həmçinin əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanır. Rektor gənclərin milli-mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, konfrans ilahiyyat elminin inkişafı, gənc nəslinmilli-mənəvi, əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sistemində dinlərin öyrənilməsininəhəmiyyəti baxımından ümum-Rusiya miqyasındamühüm hadisələrdən biridir.

Paylaş: