Ca. Noy 21st, 2019

Elçin Əlibəylinin döyülməsinə Vilayət Eyvazovdan REAKSİYA

Teleaparıcı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi iddiası araşdırılıb.

Bu barədə teleaparıcının özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.

“Sosial şəbəkədə yazdığım statutsa Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verildi və başda nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü”,- deyə Ə.Əlibəyli bildirib.

Aparıcı qonşusu ilə barışdığını da bildirib: “Qonşumla olan mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir! Əziz dostlarım və mətbuatda çalışan həmkarlarım, mənə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, ehtiramla önünüzdə baş əyirəm!” (bizimyol)

Paylaş: