Ca. Noy 21st, 2019

“Macarıstan Türk Akademiyasında daha aktiv rol almaq istəyir” – Yeni səfir (FOTOLAR)

Macarıstan Beynəlxalq Türk Akademiyasının fəaliyyətində daha aktiv iştirak etmək niyyətindədir.

Turkustan.info xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Macarıstan Respublikasının Qazaxıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Antal Heyzer ilə görüşüb.

BTA-da keçirilən görüşdə qonaq öncə Türk Muzeyi və kitabxanasını ziyarət edib, məşhur macar türkoloqu İşvan Mandokinin Akademiyaya gətirilən şəxsi kitab arxivi ilə tanış olub.

Akademiya prezidenti yaxın gələcəkdə görkəmli alimə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini bildirib.

İkitərəfli görüş zamanı elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edilib, əlaqələrin inkişafında elmi inteqrasiyanın əhəmiyyəti qeyd olunub. Macarıstan alimlərinin Akademiyanın birgə layihələrində fəal iştirak edə biləcəyi vurğulanıb.

Öz növbəsində, Macarıstan tərəfi Beynəlxalq Türk Akademiyasının layihələrində daha aktiv iştirak etmək niyyətində olduqlarını və elmi tədqiqat işlərinin həyata keçirilməsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, Macarıstan Beynəlxalq Türk Akademiyasının müşahidəçi üzvüdür, ölkənin bir sıra elm və təhsil təşkilatları ilə Akademiya arasında əməkdaşlıq əlaqələri mövcuddur.

Paylaş: