Ç. Noy 20th, 2019

Sabirin “Hop-Hopnamə”sinin audio versiyasının təqdimatı olacaq

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin ilk dəfə olaraq  məşhur “Hop-Hopnamə” kitabının audio  versiyası  işlənib hazırlanmışdır.

“Mirzə Ələkbər Sabir  “Hop-Hopnamə” audio kitabı”layihəsi Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilib.

Şeirlər tələbələr, müxtəlif sahələrdə çalışan gənclər,   həmçinin fiziki məhdudiyyəti olanlar tərəfindən səsləndirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir.

Təqdimat tədbiri 08 noyabr 2019-cu il tarixində  saat 16:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.

 

Paylaş: