Ca. Noy 14th, 2019

Siqaret şəkmənin ruhi xəstəlik – şizofreniya törətdiyi bilindi- ARAŞDIRMA…

İngilis genetikləri siqaretin şizofreniya və depressiyanın inkişafına səbəb olduğunu təsbit ediblər.
İsrail mediası xəbər verir ki, bu haqda araşdırma “Psychological Medicine”( “Psixoloji təbabət”) nəşrində dərc olunub.  Tibb alimləri elmi bir təcrübə aparmaq üçün Birləşmiş Krallıqdakı yarım milyondan çox insanın DNT analizini aparıblar.   Elm adamları digər tədqiqat  iştirakçılarına nisbətən şizofreniya və depressiya məruz qalmış  olan insanların əvvəllər daha çox siqaret çəkdiklərini öyrəniblər. Tədqiqatçılar, həmçinin britaniyalı siqaret çəkənlərin daha çox şizofrenik olduqlarını və xroniki depressiyadan əziyyət çəkdiklərini aşkar ediblər. 
Mütəxəssislər  nikotinin şizofreniya və depressiyanın inkişafında iştirak edən beyin neyromediatorları: serotonin və dofaminə mənfi təsir etdiyinə əmin olublar.
Xatırladaq ki, hələ 2015-ci ildə Kral kollecinin “The Lancet Psychiatry” jurnalında dərc olunmuş araşdırmada da oxşar nəticələrə gəlinib. 14.555 siqaret çəkən və 273.162 siqaret çəkməyən insanın üzərində tədqiqat aparılıb.  Nəticədə bəlli olub ki, siqaret çəkənlərin 57%-i şizofreniya xəstəliyinə tutulub. Bu isə, çox yüksək səviyyədir. (moderator.az)

Paylaş: