Ca. Noy 21st, 2019

Vilayət Eyvazovdan daha bir təyinat – ƏMR

Xızı Rayon Polis Şöbəsində yeni təyinat olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Məhəmməd Qarayev Xızı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb. /oxu.az/

Paylaş: