Ç. Noy 20th, 2019

Milli Qəhrəman Şəhid Mehdi Abbasovun anım tədbiri keçirilib – FOTOLAR

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin Sədri Elmar Hüseynovun təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Mehdi Abbasovun Anım tədbiri keçirilib.

Turkustan.info xəbər verir ki, tədbirdə Şəhidin qardaşı Nəbi, yaxın qohumları və döyüş yoldaşları iştirak ediblər.

Çıxış edənlər Şəhid Mehdi Abbasovun keçdiyi döyüş yolundan danışıblar, xatirələrini bölüşüblər. Qeyd olunub ki, şəhidlərin Azərbaycan gəncliyinə əmanət etdiyi igidlik və döyüş ruhu xalqımızı qələbəyə aparacaq. 

Tədbirdə AVMVBİ-nin təsis etdiyi “Müharibə veteranı” xatirə medalı Sədr müavini Kamil Şirinov tərəfindən Şəhidin qardaşına təqdim olunub. 

Paylaş: