Ç. Noy 20th, 2019

Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. 

Turkustan.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin özü məlumat  verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: 

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Paylaş: