Ç. Noy 20th, 2019

Dağıdıcı zəlzələ ilə üzləşən Təbriz… Sahibsiz buraxılıb

Noyabrın 8-də Təbriz vaxtı ilə saat 2:7-də Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələ ilə bağlı xəbər vaxtı-vaxtında çatdırılmayıb.

Çox sayda insanın ölümü və xəsarət alması ilə nəticələnən təbii fəlakətlə əlaqədar məlumat nəinki İran üzrə yayımlanan mətbuat orqanları, hətta yerli kütləvi informasiya vasitələrində də gec əks olunub.

Ətraf məntəqələrin əhalisi zəlzələ ilə bağlı xəbəri ilk baş verdiyi zaman sosial şəbəkələrdən eşidib.

Soydaşlarımızdan biri bu barədə video paylaşaraq bütün media, o cümlədən Səhənd telekanalına təbii fəlakətlə bağlı vaxtı-vaxtında məlumat yaymadığı üçün etiraz bildirib.

https://www.youtube.com/watch?time_continue=19&v=7vFaunizwFE

Zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı barədə də ziddiyyətli məlumatlar yayılıb. Rəsmi mənbələr 6 nəfərin öldüyünü, 320 nəfərin xəsarət aldığını bildirdiyi halda, qeyri-rəsmi mənbələr 11 nəfərin həlak olduğunu, 380 nəfərin isə xəsarət aldığını bildirib.

Həmin mənbələrə əsasən Tərk şəhəri məntəqəsində baş verən zəlzələ bir çox kəndə ziyan vurub, hadisə nəticəsində 400 fərdi yaşayış evi dağılıb.

Sarab şəhər İcra Hakimiyyəti başçısı hadisə yeni baş verdiyi zaman 20-25 evin 50 faiz təxrib olunduğunu elan edib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində bölgədə 205 baş mal-qara tələf olub.

Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xilasetmə xidmətinin rəisi təxminən 6 bal gücündə olan zəlzələnin əhalisi 121 min 307 nəfər olan 6 şəhər və 145 kənddə hiss olunduğunu qeyd edib. O təbii fəlakətdə ən çox 7 kəndə ziyan dəydiyini qeyd edib.

Aşağıdakı videoda Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi zəlzələnin ən çox ziyan vurduğu Vərənkeş kəndi barədə məlumat verib:

https://www.youtube.com/watch?time_continue=30&v=Z-8WWnZiizo

 

N.S

Paylaş: