Bz. Dek 15th, 2019

Gəncədə Bayraq günü münasibətilə tədbir keçirilib – VİDEO+FOTO

Gəncə şəhərində 9 noyabr – Dövlət Bayraq Günü münasibətilə əyləncəli tədbir təşkil olunub.

Dövlət Bayraq Günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı keçirilən tədbirdə, Milli Məclisin deputatları – Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və gənclər iştirak edib.

Çıxış edənlər ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin isə hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib.

Tədbirdə bütün iştirakçılara dövlət bayrağı paylanılıb və milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə müxtəlif müsabiqələr keçirilib, qaliblərə mükafatlar verilib.

Tədbir musiqili proqramla davam edib (Report).

Paylaş: