Ç. Noy 20th, 2019

Ceyhun Mirzəyevin 1986-cı ildə bizə dənizdən verdiyi işarə – Üçrəngli bayraq sovet filmində

Zaur Əliyev, dosent

1986-cı ildə rejissoru Ceyhun Mirzəyev olan “İşarəni dənizdən gözləyin” filmi ekranlara çıxır. Film çəkilən zaman Azərbaycan Sovet İmperiyasının bir respublikası idi və filmlərin ekrana çıxması üçün mütləq Moskvanın icazəsi olmalı idi.

Filmin ssenari müəllifləri İsmayıl Şıxlı, Firudin Ağayev və Ramiz Rövşən idi. Yazıçı Firudun Ağayevin “İldırım dənizdə çaxır” romanın motivləri əsasında çəkilmiş “İşarəni dənizdən gözləyin” filmi Azərbaycan cümhuriyyətinin dağılması prosesini əks etdirir. Filmdə “qəhrəman” kimi göstərilən Çingiz İldırımın Cümhuriyyətə xəyanətini filmdə görmək olar. Lakin maraqlı tərəf burda Azərbaycan Cümhuriyyəti tərəfindən qəbul edilən ÜÇ RƏNGLİ AZƏRBAYCAN BAYRAĞInın ekranlarda görünməsidir. Bizim üçün rejissorlar Nəriman Nərimanov haqqında çəkilən “Ulduzlar sönmür” (1971) və “Qatır Məmməd” (1974) filmində Azərbaycan Bayrağını göstərməyə çalışıblar. Lakin ən maraqlısı və tam olaraq bayrağın orjinal formada məhz bu filmdə göstərilməsi Ceyhun Mirzəyevin sayəsində mümkün olub. Ramiz Rövşənin də burda əziyyətini, İsmayıl Şıxlının və Firdun Ağayevin də zəhmətini unutmaq olmaz. Axı o zamanlar Cümhuriyyətimizin bayrağı barədə rəsmən nəinki danışmaq, heç onun adını çəkmək belə olmazdı.
Məlumat üçün deyim ki, çoxları bunu bilməsədə Azərbaycan daxilində ikinci dünya müharibəsindən sonra ziyalıların başda durduğu gizli bir cəmiyyət olub. Yaranan gizli cəmiyyətin üzvləri Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cahid Hilaloğlu, İlyas Əfəndiyev, Çingiz Abdullayev, Sabir Əhmədli, Sabir Yanardağ, bəstəkar Qara Qarayev, Xan Şuşinski, İsa Muğanna, Rəsul Rza, Nadir Ağayev və sairələr var idi. Bu gizli hərakat ədəbiyyatda və elmdə sətiraltı olaraq Azərbaycan Cümhuriyyətini təbliğ edir və sovet rejimin xalqımızın başına gətirdiklərin yazırdılar. Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi. 1956-cı ildə Cahid Hilaloğlunun Qız qalasına Azərbaycan bayrağı sancdıqdan sonra başlanan represiyya və həbslərdən gizli cəmiyyət BDU-da keçirilən görüşlər təxirə salr. Bütün əlyazmalar yandırlır, bayraq gizlədilir. Həmin bayrağın 1986-cı ildə üzə çıxaraq bu filmdə ekranlarda görünməsi o dövr üçün açıq surətdə təhlükə yaradırdı ssenarist və rejissor üçün. Lakin rejissorun və Azərbaycandan olan ziyalıların “bu filmdir, tarixi əsaslarla çəkilib, bayrağın orda olması sırf kinonun effekti üçün lazımdır” sözündən sonra bayraq olan səhnələr silinmir. Ceyhun Mirzəyev film vasitəsilə subliminal mesaj verir sanki “bir kərə yüksələn bayraq, bir daha enməz”.

Paylaş: