C. Noy 22nd, 2019

Türkiyə və Suriya ordusu arasında qarşıdurma

Suriyada Türkiyə və Suriya ordusu arasında şiddətli qarşıdurma baş verib.

Turkustan.info xəbər verir ki, hadisənin ölkənin şimalındakı Ras əl-Eyn şəhərində yaşanıb.

Qarşıdurmanı hansı tərəfin başlatdığı hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyə ötən ay Suriyanın şimalında “Sülh çeşməsi” anti-terror əməliyyatı keçirib. Daha sonra Türkiyənin ABŞ və Rusiya tərəfləri ilə görüşlərdən sonra müvəqqəti atəşkəs elan edilib və PKK/YPG/PYD terrorçuları sərhəd bölgəsindən uzaqlaşmağa razılıq verib.   /Axar.az/

Paylaş: