Bz. Noy 17th, 2019

Yunanıstanda “Odlar Yurdu-Azərbaycan” foto sərgisi adlı tədbir keçirilib – FOTOLAR

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Diasporla Iş Üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Diaspor Gəncləri platformasının təşkil etdiyi “Yunanıstanda Azərbaycan Günləri” layihəsi çərçivəsində “Odlar Yurdu-Azərbaycan” foto sərgisi 7-8 Noyabr tarixlərində “QALA” Yunanıstan-Azərbaycan Mədəniyyət Mərkəzində davam edib.
Sərginin açılış günü qonaqlar arasında Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin mədəniyyət işləri üzrə əlaqələndiricisi Xəqani Hacıyev, Azərbaycan Respublikasının Monteneqrodakı fəxri konsulu cənab Vüqar Əliyev, Türkiyənin baş konsolu Efe Ceylan başda olmaqla Türkiyə Cümhuriyyəti Baş konsulluğunun diplomatik heyəti, yerli QHT nümayəndələri, Thessaloniki City jurnalının baş redaktoru xanım Diana Ceyranova da tədbirə təşrif buyurmuşdular. Sərgidə Azərbaycan milli təamları və çay süfrəsi təşkil olunub.
Elnur Eltürk

Paylaş: