C. Noy 22nd, 2019

Azərbaycanın döyüş gəmiləri suya buraxıldı: Düşmən hərəkətə keçdi

NATO çərçivəsində Rodos-Kipr adaları arasında Türkiyənin ev sahibliyi etdiyi “Şərqi Aralıq dənizi-2019” Dəvət Təlimi 16 ölkədən 48 gəminin iştirakı ilə başlanıb.

Turkustan.info  xəbər verir ki, təlimlərdə İtaliya, İspaniya, Kanada, ABŞ və Yunanıstanla yanaşı, Bolqarıstan, Rumıniya, Pakistan, Azərbaycan, Banqladeş, Vraziliya, Meksika, Gürcüstan, Qətər və İordaniyanın döyüş gəmiləri, sualtı gəmiləri və xüsusi təyinatlı xilasedici gəmiləri də iştirak edir.

Türkiyə Silahlı Qüvvələri isə 4 min 700 əsgərin iştirak etdiyi təlimlərə müxtəlif tipdə 31 döyüş gəmisi ilə qatılıb. Bu, Yunanıstanı dərindən narahat edir. Mətbuatda yer alan xəbərlərə görə, rəsmi Afina Türkiyənin bu qədər böyük donanma çıxarmasını suverenliyinə təhdid kimi dəyərləndirir.

Qeyd edək ki, bu il keçirilən təlimlər 20 noyabra qədər davam edəcək.    /Modern.az/

Paylaş: