C. Noy 22nd, 2019

Dünyada pul qazanmağın ən rahat yolları: “Armud biş, ağzıma düş” deyəcək qədər asan peşələrin SİYAHISI

İnsanlar tez-tez daha rahat pul qazana biləcəkləri iş yerləri barədə düşünürlər. Biri çox işlədiyi halda az pul qazanmasından, bir başqası qazandığı pulun müqabilində işindən zövq ala bilməməsindən şikayət edir. Amma bütün bunlarla paralel olaraq, dünyada yeni və daha asan, rahat pul qazanma üsulları ilə bağlı xəbərlər yayılır. Məlum olur ki, çox az əziyyət çəkərək, heç də az olmayan gəlir sahibi olmaq mümkündür.
YEMƏYİNİZƏ UYĞUN ŞƏRAB SEÇƏNLƏR VAR
Shot girls – bu, Amerikada 20 yaşlarındakı gənc qızlar üçün ideal peşə sayılır. Onlar gecədə 300-600 dollar qazanırlar. “The Wall Street Journal”ın xəbərinə görə, qızlar barda hər içki hesabından 25 sent-20 dollar gəlir götürürlər.
Dəniz aşbazı – Avstraliyada dəniz təcrübəsi olanlar ildə 187 min dolları qazana bilir. Buna il sonundakı bonuslar, açıq dəniz ödəmələri, dənizaltı xidmətlərinin məbləğini də əlavə edəndə yaxşı bir qazancdan danışmaq olar.
İnci dalğıcı – dalğıclıq təhlükəli işlər kateqoriyasına daxildir. Amma inci tapmaq üçün suya girən dalğıclar gündə 1216 dollar qazana bilir. Söhbət açıq dənizlərdən gedirsə, bu halda açılış 500 dollardan başlayır.
Qaz və neft dalğıcı – O qədər əyləncəli sayılmasa da, dərin dənizlərin ən qazanclı işlərindən sayılır. Meksika körfəzində üzən dalğıclar ildə 80 min dollara qədər qazana bilir.
Usta (şərab qarsonu) – yüksək səviyyəli restoranlarda səriştəli şərab qarsonları müştərilərin yeməklərinə ən uyğun olan şərabı seçməklə ildə 80-160 min dollar pul qazanırlar.
Təyyarə icraçısı – əgər macəranı və yüksək riskli işləri sevirsinizsə, bu iş barədə də düşünməyə dəyər. Bu işi görənlər hər təyyarəyə görə 6-10 faiz haqq alır və onu satır. Təyyarə qiymətini nəzərə alanda, bu, heç də az pul demək deyil.
Kəllə ovçusu – bu adamların vəzifəsi isə həbsxanadan qaçanları və axtarışda olan kəsləri tapıb, yenidən həbsə göndərməkdir. Onlar da ildə orta hesabla 45-100 min dollar pul qazana bilirlər.
Ağ pişik ovçusu – düşünüldüyünün əksinə, bunlar küçədə pişik qovan insanlar deyillər. Bu ovçular virtual dünyada təhlükəsizlik boşluqlarını tapmaq və sertifikatsız proqramları təyin etmək üçün ildə 123900 dollar gəlirə sahib ola bilirlər.
Dublyaj – filmlər və radio reklamlarını səsləndirərək 5 dəqiqə üçün 325 dollar qazana bilən insanlar da var. Onların illik gəliri isə 50-80 min dollardır.
Yeni il ağacı alverçisi – bu işi görən tacirlər, ağacları yetişdirən şəxslərlə razılaşdıqdan sonra bunları şəhərdəki pərakəndəçilərə çatdırır. İstehsal müddətinin hamısını idarə etdikləri təqdirdə, əldə edilən gəlir artır.
Qolf Topu Yığıcısı – Bu peşənin daşıyıcıları isə golf sahələrində olan su gölməçələrində yığılan topları yığmaqla məşğuldular. Bu işi edənlər əksəriyyətlə yığdıqları top başına ödəniş almaq üçün daha çox islanmalıdır. Bu isə gün sonunda daha çox qazanmaq mənasına gəlir.
BİRİ PULLA AĞLAYIR, O BİRİ PULLA SEVİNDİRİR
Nikbinlik satışı. Berto Jacobs və onun qardaşı John qərara alıblar ki, pozitiv münasibət də satmaq mümkündür və bu çox yaxşı biznes ola bilər. Buna görə də onlar yeni geyim brendi yaratdılar: “Life is good (Həyat yaxşıdır)”. İlkin olaraq, 1984–cü ildə, şüar və loqosu olan 48 nümunə köynəklər hazırlandı və Bostonda satıldı. Qardaşlar nikbinlik satışının insanlara faydalı olacağını düşündülər və bu ideya onları zənginliyə yüksəltdi. Bu gün “Life is good” brendi yalnız Amerikada satılır. Onu həmçinin 27 ölkədə tapmaq mümkündür. Mağazaların sayı yüzlərlədir.
Qadınlar komandası. Yaradıcısı Kerry Killingdir, gəliri ildə 1 və ya 0.5 milyondur. Şirkət “Woman’s Touch” – (“Qadın toxunuşu”)) bir sıra sifarişləri qəbul edir. İş təkcə, rəsm, suvaq deyil, həmçinin dülgərlik, santexnika və elektrik işlərindən də ibarətdir. Şirkət qadınların əməyindən faydalanır və bu işlər üçün bacarıqlı, güvənilə bilən və cəsarətli qadınlar tələb olunur. Təsisçilərin məqsədi qadınlar üçün rahat və inanılan bir şirkət qurmaqdır. “Woman’s Touch” şirkəti təkcə binaların təmirini deyil, həmçinin onların özülü, layihələrin hazırlanması və qəbul edilməsi, əlaqələrin yaradılması və dekorasiya işlərini də müştərilərinə təklif edir. Hətta lazımi avadanlıqların çatdırılması da qadınların üzərinə düşür.
Evdə məşqçi. Amerika idman salonlarına getməyə tənbəllik edən, köklükdən əziyyət çəkən insanlarla doludur. Gürcüstandan olan Lauren Lauper belə bir ideya fikirləşdi: “Your mobile gym” (“Gəzən gimnastika”) Məqsəd idmanla məşğul olmaq istəyən, lakin tənbəllik və vaxt baxımından əziyyət çəkən qadınlara yardım etməkdir. Müştəri sadəcə zəng etməklə profesional məşqçi tələb edə bilər. Yeri gəlmişkən, qadın treyner evinizə gələ və fərdi olaraq sizə dərsləri keçə bilər.
Pulla ağlama. Türkiyədə yaradılan bu qurumda toplanan insanlar pul müqabilində ağlayırlar. Saatı 300 TL-yə (130 manat) başa gəlir. Qurumun aylıq büdcəsi 100-150 min TL təşkil edir.
Qarışqa tutmaq. Mağazalarda qarışqaların satılmağa başlanması bu sənəti daha da məşhurlaşdırdı. Təbiətdəki qarışqaları tutaraq, yaxşı pul qazanmaq mümkündür. Xüsusən də dişi qarışqaları tutmaq çox gəlirlidir.(musavat.com)

Paylaş: