C. Noy 22nd, 2019

Parlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLAR

Parlament Jurnalistləri Birliyi (PJB) 9 noyabr Dövlət Bayrağı Günündə cəbhə bölgəsində ənənəvi bayraq aksiyası keçirib.

Turkustan.info xəbər verir ki, tədbir 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev və Parlament Jurnalistləri Birliyinin təşkilatçılğı ilə baş tutub.

Təşkilatın 20-yə yaxın üzvü bu dəfə Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında olub, Dövlət Bayrağı Gününü bu bölgələrin sakinləri ilə birlikdə qeyd ediblər.

PJB sədri Elşad Eyvazlı bildirib ki, onlar artıq 5 ildir ölkənin müxtəlif bölgələrində bu aksiyanı keçirirlər:

“Məqsədimiz insanlarda bayraq sevgisini daha da yüksəltməkdir. Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir. Bir növ həm də ayrı-ayrı bölgələrdə insanlarımızın bayrağa münasibətilə bağlı monitorinq aparılır”.

Qeyd edək ki, aksiya çərçivəsində PJB üzvləri öncə Bərdə rayonunda olublar.

PJB üzvləri rayonunun mərkəzində bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə fikir mübadiləsi aparıblar.

Lakin qeyd edək ki, Bərdə kimi önəmli və tarixi bir bölgədə Dövlət Bayrağı Günü demək olar ki, hiss olunmayıb, yollarda, meydanlarda, dövlət binalarının üzərində bir dənə olsun belə, dövlət bayrağına rast gəlinməyib.

Paylaş: