C. Noy 22nd, 2019

Türkiyə xilaskarını anır

Bu gün Türkiyə Respublikasının qurucusu, qazi Mustafa Kamal Atatürkün 81-ci ildönümüdür.

Turkustan.info xəbər verir ki, İstanbulda M.K.Atatürkün izdihamlı anım mərasimi keçirilib. İstanbul əhalisi Bakı vaxtı ilə səhər saat 10-dan etibarən Atatürkün öldüyü Dolmabahçe Sarayının qarşısında toplanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Beştəpə Millət Konqres və Mədəniyyət mərkəzində Atatürkün anım mərasiminə qatılıb. Prezident mərasimdə çıxışı edərək, Atatürkün xidmətlərindən danışıb:

“Bu gün Türkiyənin istiqlal mübarizəsinin baş komandanı, ilk prezidentimiz, respublikamızın qurucusu qazi Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümüdür. Fürsətdən istifadə edərək Atatürkə və onunla birlikdə axirət həyatına gələn bütün qəhrəmanlarımıza təşəkkür edirəm.

Türk tarixini min illər boyu davam edən inkişafı ilə dərk etmək əvəzinə, hələ də bir əsrə sığışdırmağa çalışan ideoloji zehniyyətlə qarşı-qarşıyayıq. Üstəlik, onların arasında siyasətçilərin də olması təəssüf doğurur.

Cümhuriyyəti ucaltmaq adı ilə bütün keçmişimizi görməməyə çalışanlar öz keçmişlərindən utananlardır. 2200 ildən artıq olan dövlət tariximiz ən böyük qürur və etibar mənbəyimizdir. Atatürk bu millətin ən vacib dəyəridir. Nə Atatürkü, nə də respublikanı həmin zehniyyətin insafına buraxmayacağıq.

Qazi Mustafa Kamalın xidmətlərini böyütmək üçün ondan əvvəlki tariximizdə üz çevirənlər “Atatürk maska”sı geyinib, bu millətə olan düşmənçiliklərini gizlətməyə çalışırlar”.    /Modern.az/

Paylaş: