Be. Dek 9th, 2019

Gəncədə 30 yaşlı kişini küçədə niyə öldürdülər? – TƏFƏRRÜATLAR

Avtomobillərin toqquşması ağır qətlin başlanğıcı olub

Gəncə şəhərində qətl törədilib. Hadisə ötən gecə baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, hər şey avtomobil toqquşması səbəbindən başlayıb.

Belə ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət edən, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.

Hadisə sürücülər arasında mübahisəyə səbəb olub və onlar şəhərin başqa bir ərazisində – “maşın bazarı” kimi tanınan yerdə görüşüblər. Bu zaman D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə 2 bıçaq zərbəsi endirib. Zərbələr ürək nahiyəsindən tutduğu üçün, Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən D.Nicat saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Məlumata görə, mərhum Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş.     /Ayna.az/

Paylaş: