Be. Dek 9th, 2019

İstehlak kreditlərini neçə faizlə almaq olar? – Rəsmi rəqəmlər

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatı açıqlayıb. 

Turkustan.info xəbər verir ki, Palatanın yaydığı məlumata görə, istehlak kreditlərində ən yüksək faiz dərəcəsi 24-dür. Belə ki, kredit kartı vasitəsilə verilən manat 23, ABŞ dolları 11, digər xarici valyutalarda olan kreditlərdə isə 15 faiz olub. Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərdə isə manat üzrə 24, ABŞ dollar üçün isə 11 faiz tətbiq olunub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərində də manatın faizi yüksək olub. Qeyd edək ki, bu istiqamətdə manat kreditləri 21, ABŞ dolları isə 14 faizlə verilib. Avtomobil kreditlərində isə manat və dollar kreditləri arasında 1 faiz fərq qeydə alınıb. Belə ki, avtomobil üçün manatla götürlən kreditlər 19, dollar isə 18 faizlə verilib. Digər növ istehlak kreditlərində manat 23, ABŞ dolları 7, digər xarici valyuta kreditləri isə 11 faizlə təklif edilib.

Qeyd edək ki, Palatanın bu məlumatında yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər nəzərə alınmayıb.   /Cebhe.info/

Paylaş: