Bz. Dek 8th, 2019

“Kreml nə dünən, nə də bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyib”

Natiq Miri: “Bunun reallaşması Ermənistanın Rusiyanın monopoliyasından qurtulması demək olar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə-Ermənistan münasibətləri ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Rusiyanın hər zaman iki dövlət arasında münasibətlərin normallaşmasına çalışdığını bildirən Lavrov, Sürix protokolunun hazırlanmasında da Kremlin yaxından iştirak etdiyini bildirib.

Rusiyanın xarici işlər naziri bəyan eib ki, Moskva bu gün də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasında maraqlıdır.

Gələcəkdə, Rusiyanın bu yöndə Türkiyəyə müəyyən basqı və təzyiqlər göstərməsi mümkündürmü? Ola bilərmi ki, Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaqla bağlı Ankaraya təzyiq göstərməklə işğalçı ölkədə öz nüfuzunu yüksəltməyə çalışsın?

Turkustan.info bildirir ki, moderator.az-a açıqlama verən polioloq Natiq Miri bu ehtimalın sıfıra bərabər olduğunu bildirdi:

“Bir sıra məsələlərdə olduğu kimi, Qarabağ məsələsinin həlli ilə bağlı da Lavrov riyakar bir açıqlama verib. Sürix prtokolu Rusiyanın təşəbbüsü ilə ortaya çıxan bir layihə deyil. Bu layihə ABŞ-ın sabiq dövlət katibi xanım Klintona məxsusdur. Ermənistanın son dəqiqəyə qədər protokolu imzalamaqdan imtina etməsi müşahidə edilirdi. Bu məsələdə yenə də xanım Klintonun ciddi basqısı hiss edildi və məhz bu basqı nəticəsində protokol imzalandı.

Rusiya özünü bu məsələdə nə qədər maraqlı tərəf kimi təqdim etməyə çalışsa da, əslində bu məsələ əsla Rusiyanın marağında deyil. Çünki Sürix protokolunun imzalanmasının əsas səbəblərindən biri Ermənistanı Rusiyanın monopoliyasından çıxarmaq istəyi ilə bağlı idi. Rusiya da bunu bilməmiş deyil. Rusiya heç bir vəchlə bu məsələdə maraqlı ola bilməzdi. Sadəcə, Rusiya o vaxt da, indi də Rusiyanın guya bu məsələdə maraqlı olması görüntsünü yaratmağa çalışır. Halbuki, Lavrov hələ o zaman da bilirdi nki, bu protokol işləməyəcək. Necə ki, bunun Ermənistanın konstitusiyasına zidd olduğu vurğulandı və onun həyata keçirilməsi donduruldu. Rusiya indi də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil. Buna görə də Rusiyanın bu yöndə Türkiyəyə təzyiq ehtimalı sıfıra bərabərdir.

Türkiyə müstəqil, güclü dövlətdir və ona basqı etmək mümkün deyil. Türkiyə sıradan bir ölkə deyil ki, Rusiya hər hansı təzyiqlə Türkiyəni buna razı sala bilsin. Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşmasında maraqlı deyil. Türkiyə Ermənistanla sərhədləri məhz Azərbaycan torpaqlarının işğal altında qalması səbəbi ilə bağlayıb və bu gün də həmin torpaqlar işğal altındadır. Işğal faktoru aradan qalxmadan Türkiyənin Ermənistana münasibətinin dəyişməsi nə məntiqə, nə də Azərbaycan-Türkiyə qardaşlığına sığacaq bir şey deyil”.

 

Paylaş: