Be. Dek 9th, 2019

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı

Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Xose Bernardo və paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu ərazisində bıçaqlanıb. X.Bernando ilkin tibbi yardımdan sonra evə buraxılsa da, R.Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. (modern.az)

Paylaş: