Ca. Dek 5th, 2019

Azərbaycanda doğuş zamanı ana ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

8 noyabr 2019-ci il tarixində Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikinci lhamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir.

Turkustan.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanmışdır.

Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşınıilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilmişdir. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib.

Akademik M. Ə.  Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir.  /Yeniavaz.com/

Paylaş: