Be. Dek 9th, 2019

Fazil Mustafa: “Hər bir nazir öz sahəsi üzrə ayrıca büdcə hazırlamalıdır”

“Büdcə müzakirələrinin formatı dəyişdirilməlidir. Hər bir nazir öz sahəsi üzrə ayrıca büdcə hazırlamalıdır, xərcləmələr sayəsində nə fayda görəcəyi ilə bağlı məlumat verməlidir”.

Turkustan.info-nun məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib. O bələdiyyələrə ayrılan vəsaitdən də danışıb:

“Bələdiyyələrə 6 milyon vəsait ayrılır. Bu, 30 milyon manat olsaydı, nə dəyişəcəkdi? Bələdiyyələrin səlahiyyətləri dəyişdirilməlidir ki, onlar müstəqil fəaliyyət göstərə bilsinlər”.

Deputat onu da əlavə edib ki, ölkəyə tibbi avadanlıqların idxalı digər dövlətlərlə müqayisədə baha başa gəlir. O, tibbi sığorta ilə bağlı məsələyə də toxunub:

“Tibbi sığortaya 900 milyon manat vəsait ayrılır. Bəs görəsən nə qədər yığım proqnozlaşdırılır? Qeyri-rəsmi işləyənlərin tibbi sığortasını dövlət üzərinə götürməsə və ya məbləğ onların üzvləri tərəfindən ödənilməsə, aqibətləri necə olacaq?”.  /Modern.az/

Paylaş: