Prezident İlham Əliyev E.E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il.
***
Prezident digər sərəncamla R.Ç.Quliyevi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il.