Ça. Dek 10th, 2019

Prezident ölkədən qaçdı: Yeni güclə qayıdacam

Boliviya Prezidenti Evo Morales ölkəsini tərk edərək Meksikaya uçub.

Turkustan.info xəbər verir ki, bu məlumatı Morales öz Tvitter səhifəsində paylaşıb.

“Qardaş və bacılar, mən Mexikoya gedirəm ki, bizə öz həyatımızın qayğısına qalmaq üçün sığınacaq verən bu qardaş ölkənin hökumətinə təşəkkür edim. Siyasi səbəblər ucbatından ölkəni tərk etmək ağrılıdır, amma hər zaman gözləntidə olacağam. Tezliklə, böyük güc və enerji ilə geri dönəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, kütləvi aksiyalar səbəbindən istefa verən Moralesə Meksika sığınacaq verməyə hazır olduğunu bildirmişdi.  /axar.az/

 

Paylaş: