Bz. Dek 15th, 2019

Tanınmış həkimdən metro stansiya adları ilə bağlı mühüm təkliflər

Xəbər verdiyimiz kimi Bakı Metropoliteninin iki stansiyasının – “Xalqlar Dostluğu” və “Ulduz” stansiyalarının adının dəyişdirilməsi gözlənilir.

Turkustan.info xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi İdarə heyətinin üzvü, tanınmış həkim Uzman Dr. Aydın Talışinski hesab edir ki  metro stansiyalarının sayı çox məhdud olduğu üçün onların ad seçiminə diqqət yetirmək xüsusi önəm kəsb edir: “Metro stansiyalarının adlarını gözəl, məntiqi ad seçməklə qoymaq çox əhəmiyyətlidir. Yüzlərlə küçə demək olar ki, hər ölkədə hər böyük şəhərdə yüz illərdi var, lakin metro keçən əsrin nailiyyətidir və Bakı metrosu xüsusi yaraşıqlığıyla turtistləri və yerli sakinləri cəlb edən rahat bir nəqliyyat vasitəsidir. Bu səbəbdən stansiyalara əzəmətli köklərimizi, şanlı tariximizi və gələcəyə inamımızı əks etdirən adların verilməsi lazımdır”.

Aydın həkim belə adlardan biri kimi stansiyaların birinə “Türk dünyası” adının verilməsini təklif edir: “Bu ad həm tariximizi tam bilməyən bəzi soydaşlarımıza, həm də əcnəbilərə bu mövzuyla maraqlanmağa, öyrənməyə təkan verərdi. Bütün metro stansiyasının içini və çevrəsini ona müvafiq şəkildə dizayn etmək olardı. Həmçinin Türk Dünyası xəritəsini, habelə Türk xalqlarının məşhur alimlərin, sərkərdələrini və abidələrini əks etdirmək, ədalətli sülh naminə Türk coğrafiyasının bağlarını canlı tutmaqda öz tövhəsini verərdi. Yeri gəldikdə yazıları da, əlavə olaraq Türk Dünyasının qədim runik əlifbasıyla da yazmaq yaxşı olardı. Sözü gəlmişkən, məhz bizim icad etdiyimiz Türk runları daha sonra Avropa xalqları arasında yayılmış və modifikasiya edilmişdir.

Ən optimal olan “Xalqlar Dostluğu”nun adıın “Türk Dünyası” adıyla dəyişməsi baş tutmasa, ən azından eyni məntiqlə “Orhon abidələri” adı verilə bilər və ya Ulduz stansiyasina “Türk Ulduzu” adı qoyula bilər.

Həkim daha sonra xatirladır ki, “Xalqlar Dostluğu” SSRİ tərkibində olan 15 respublikanın rəmzi idi;  biz şanlı  tariximizin heç bir səyfəsinə, həmçinin, düşüncələrimizi azad ifadə edə bilmədiyimiz bu keçmişə xətt çəkməməliyik, lakin, müstəqilliyimizə və əsl tarixmizə uyğun korreksiya apararaq,  gerçək Türk sütunlarımızı üzə çıxaran, Türk ailəsinin bölünməz və təməl parçalarından olduğumuzun altın cızaraq “Türk Dünyası” şəklində barışcıl və bütünləşdirici ad verilməsi xoş olardı.

İkinci metro stansiyasına isə əzəli torpağımız olan “Zəngəzur”, “Göyçə Gölü” və ya ilk növbədə Rəvanqulu xanımızın şərəfinə “İrəvan Xanlığı” adının verilməsinin yerinə düşəcəyini doktor qeyd etdi. İrəvan xanlığı metro stansiyasının içində və ətrafında İrəvan qalasını və onun şimal-şərqində yerləşmiş Sərdar Sarayını, qədim İrəvan məscidlərimizi və digər abidələrimizi həmçinin tarixi sənədlərin nüsxələrin əks etdirmək hər mənada fayda verərdi. Xarici qonaqlarımız, hazır ki, Ermənistan Respublikasının 1918-ci ildə ərazisiz və paytaxtsız olduğundan, bizlər zamanında Osmanlı İmperiyası etdiyinə bənzər şəkildə, Türk müsafirpərvəyliyimizi göstərərək əzəli torpaqlarımızdan onlara keçici pay verdiyimizi, onlar isə həm Osmanlıya, həm bizlərə qarşıəbədi minnətdarlıq yerinə digər bölgələrimizə də ac gözlərini tikdiklərini, soyqırımlar törətdiklrini, bilməldilər.

Nəticə olaraq hər bir halda metro stansiyası adları və ornamentiylə çox gozəl mesajlar vermək, doğru vurquları qoymaq lazımdır şəklində Aydın doktor fikrini tamamladı”.

Paylaş: