Bz. Dek 8th, 2019

Ərdoğan və Trampın görüşü başlayıb – VİDEO

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda görüşüblər.

Turkustan.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tarmp və xanımı Melania Tramp qarşılayıb.

Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib. Həmçinin o, Türkiyə ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib.

Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan məmnun olacaqdır.

/yenicag.az/

Paylaş: