Bz. Dek 8th, 2019

Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: Ölən var – VİDEO

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

Turkustan.info  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov da olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. Xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

 

Paylaş: