01 Dekabr 2020 21:44

Bakı polisi yayılan videoya reaksiya verdi

Sosial şəbəkələrdə yayılan videgörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır.

Bunu Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakıda, “Neftçilər” metrostansiyasından Bakıxanov qəsəbəsinə düşən yolu gecə saatlarında iki nəfər bağlayıb, maşınların hərəkətinə problem yaradıb. Həmçinin onlar küçə ilə gedən şəxslərə də hücum ediblər.

Paylaş: