Bz. Dek 15th, 2019

Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO

Azərbaycanın işğal altındakı torplaqlarında 2020-ci ilin martında qanunsuz parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Turkustan.info xəbər verir ki, separatçı rejimin “prezidenti” olmaq istəyənlər arasında qadın namizəd də var.

Kristina Balayan adlı Xankıəndi sakini Qarabağda işsizlik və kasıblığa qarşı mübarizə aparacağını elan edib. Namizədlər arasında Qarabağ separatçılarının keçmiş ordu komandanı Samvel Babayan, keçmiş “təhlükəsizlik şurası katibi” Vitali Balasanyan, “XİN rəhbəri” Masis Mailyan, eks-baş nazir Araik Arutunyan da var.

Qanunsuz seçkilərdə rəsmi Yerevanın namizədi Araik Arutunyan, “Qarabağ klanı”nın isə Vitali Balasanyana üstünlük verdiyi bildirilir.   /Modern.az/

Paylaş: