Bz. Dek 8th, 2019

Ünvanlı sosial yardım alacaq ailələrin sayı açıqlanıb

Təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır

“Tezliklə 2 və 3 saylı Dost mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır. 2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək”.

Turkustan.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında açıqlama verib. O bildirib ki, gələn il 85 min ailənin, yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.

“2020-ci ildə əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”, – nazir vurğulayıb.    /Ayna.az/

Paylaş: