Ç. Dek 11th, 2019

Ərdoğan Trampın “axmaq mıktubunu” özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın qalmaqallı məktubunu dünən onun özünə qaytarıb.

Turkustan.info xəbər verir ki, bu barədə Ərdoğan özü görüşün nəticələrindən danışarkən deyib. “Mən məktubu möhtərəm prezidentə qaytardım”,- deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, görüş zamanı Rusiyadan alınan C-400 və Amerikanın yeni nəsil F-35-ləri ilə bağlı müzakirələr aparılıb: “Bu məsələləri ancaq danışıqlar yolu ilə həll etmək olar”.

Görüşün keçirildiyi Ağ Evin qarçısında isə etiraz aksiyası olub. Aksiyaçılar Türkiyənin Suriya siyasətinə etiraz ediblər.

Xatırladaq ki, sözügedən qalmaqallı məktubda Tramp Ərdoğanı “axmaq olmamağa, ağıllı davranmağa” çağırmışdı. Ərdoğanın isə məktubu oxumadan zibil qabına atdığı bildirilirdi.  /Cebhe.info/

Paylaş: