C. Dek 13th, 2019

Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək

Noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək.

Azərbaycan Alpaqut Federasiyasından bildiriblər ki, yarış döyüş sənətinə daxil olan beş – Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq.

Paylaş: