Ç. Dek 11th, 2019

Dubnov: İrəvana səfərindən sonra Azərbaycana yaranmış “borcu”nu Lavrov qarşıdakı Bakıya səfəri zamanı qaytaracaq

“Güman edirəm ki, Lavrovun Paşinyanla razılaşması barədə Azərbaycan tərəfinə pərdəarxası izahatları verildi”, – deyə rusiyalı analitik Vadim Dubnov Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana ikigünlük rəsmi səfərini şərh edərkən söyləyib.

Rusiya Xarici İşlər Nazirinin səfərinin müsbət bir atmosferdə keçdiyinə dair qiymətləndirmələrdən danışan Dubnov, Sergey Lavrovun qonaq qismində çox mehriban olduğunu xatırladıb.  Turkustan.info bildirir ki, Dubnovun sözlərinə görə, Lavrovun İrəvanda söylədiyi hər şeyi diplomatik etiket kontekstində görmək olar: “Əslində “sahiblərin” xoşuna gələn Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olması idi. Güman edirəm ki, sonradan pərdə arxasında Azərbaycan tərəfinə artıq izahatlar verilib. Üstəlik, hesab edirəm ki, yaxın gələcəkdə Bakıya baş tutacaq səfər elə İrəvana səfərlə eyni nəzakət şəraitində baş verəcək.

Rusiya tərəfinin Azərbaycan siyasi xadimlərinə yaranan “borcu” Bakıya gələcək səfərdə qayıdacaq. Yəni son səfərdə həqiqətdə olandan çox şey görmək lazım deyil”.

Ermənistan-Rusiya münasibətlərindəki son xəbərləri – 102-ci Rusiya hərbi bazasının gücünü və döyüş potensialını iki dəfə artırmaq, Ermənistanla Rusiya arasında bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumu hazırlamaq və s. dəyərləndirən Dubnov bunların ikitərəfli münasibətlərdə formal xarakter daşıdığını açıqlayıb: “Gümrüdəki Rusiya bazası, məncə, hərbi amil deyil, sırf formal xarakter daşıyır. Heç kimin orada heç nə tapmayacağı açıq və aydın idi, sadəcə İrəvanın Rusiyaya sədaqətini nəzərə alaraq, keçirilməli olan vacib bir tədbir idi və bu müqayisədə diqqətəlayiqdir, yəni Yerevanın və digər paytaxtların bu məsələyə yanaşmasını müqayisə etdikdə, oxşar laboratoriyaları var, amma Rusiya ilə belə bir memorandum yoxdur”.  /konkret.az/

Paylaş: