Bz. Dek 8th, 2019

Kollecdə dəhşət: Auditoriyadan qovulan tələbə silaha əl atdı – 2 ölü, 5 yaralı – VİDEO

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.
Turkustan.info REN TV-yə istinadla məlumat verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib.
4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub.
Buna əsəbiləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, 5 nəfər ağır yaralanıb.
Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

/BakuPost/

Paylaş: