Ç. Dek 11th, 2019

Putinlə ona görə tez-tez görüşürəm ki… – Paşinyan

Məxməri inqilab Rusiya ilə münasibətlərimizdə çoxlu suallar meydana gətirdi.

Turkustan.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Rusiya ilə münasibətlərimizə gəlincə, mən bunu diplomatik çərçivədən kənara çıxaraq şərh etmək istərdim. Məxməri inqilab Dağlıq Qarabağ konfliktinin həlli prosesində olduğu kimi, Ermənistan-Rusiya münasibətləri kontekstində də çoxlu suallar meydana gətirdi. Bu suallar bütün istiqamətlərdə və bütün səviyyələrdə meydana çıxmışdı. Ona görə də heç kim belə şeyin baş verəcəyini gözləmirdi. Dünyanın heç bir ölkəsi və ya institutu Ermənistanda hadisələrin inkişafına hazır deyildi və onu proqnozlaşdıra bilməmişdi. Ona görə də suallar yaranırdı.

Səfərlərin hazırkı intensivliyi, mənim Rusiya prezidenti ilə misli görünməmiş kontaktlarım məhz bununla əlaqədar idi. Keçən yay mən bəyan etdim ki, bu proseslər münasibətlərimizdə yeni keyfiyyət və yeni səviyyəyə gətirib çıxaracaq. Mən deyə bilərəm ki, bu proseslər artıq gerçəkləşir”, – deyə o bildirib.  /Axar.az/

Paylaş: