Bz. Dek 8th, 2019

ABŞ və Rusiya müharibəyə başlaya bilərmi?

Suriyada ABŞ və Rusiya hərbçiləri arasında qarşıdurmanın baş verməsi ehtimalı azdır.

Turkustan.info xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının Xüsusi təyinatlı qüvvələrinin keçmiş rəhbəri Maykl Naqata deyib.

“Suriyalıların, rusların, yaxud İŞİD xaricində hər hansı qüvvələrin ABŞ-a hücum etməsi belə bir qarşıdurmaya rəvac verə bilər. ABŞ-ın açıqladığı missiya hələ də İŞİD-ə qarşı mübarizədən ibarətdir. Onsuz da missiyanın regionda başqalarına qarşı olmasına təəccüblənərdim”, – Naqata bildirib.

O, ABŞ əsgərlərinin Suriyadan tamamilə çıxacağı vaxtı bilmədiyini əlavə edib.  /Axar.az/

Paylaş: