C. Dek 13th, 2019

ADAU-da subbakalavrlarla görüş olub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2019/2020-ci tədris ilində qəbul olan subbakalavrlarla görüş keçirilib, tələbələrin təklif və istəkləri dinlənilib.

Görüşdə iştirak edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Universitetin qarşıya qoyduğu vəzifələrdən biridə burada təhsil alan tələbələrin universitetdən məmnun qalmasıdır. Və bu gün Azərbaycan Dövlət Aqrar Universiteti dövlətin hər tərəfli qayğısı ilə yetərincə əhatə olunmuşdur. Yeni tədris korpusunun, peşə məktəbinin tikintisi, emalatxanın yenidən qurulması və s. bunun bariz nümunəsidir.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə 69 əyani 15 qiyabi təhsil formasında 92 subbakalavr qəbul olub. Aqronomluq fakültəsinə 1 nəfər, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə 1 nəfər, Mühəndislik fakültəsinə 24 nəfər, Aqrotexnologiya fakültəsinə 9 nəfər, Aqrar iqtisadiyyat fakültəsinə 38, Aqrobiznes və idarəetmə fakültəsinə 19 nəfər daxil olub. Onlardan 48-si oğlan 44-ü qız, 7 nəfər isə evlidir.

Paylaş: