Ça. Dek 10th, 2019

Elmira Süleymanova istefa ərizəsi yazıb? – Ombudsman Aparatı AÇIQLADI

Bəzi KİV-lərində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazdığı xəbəri yayılıb.

Turkustan.info xəbər verir ki, modern.az-ın əməkdaşı xəbərin doğruluğunu öyrənmək üçün Ombudsman aparatının mətbuat xidməti ilə əlaqə saxlayıb.

Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Xəbər doğru deyil. Elmira Süleymanova heç bir ərizə yazmayıb”.

Xatırladaq ki, Elmira Süleymanovanın 82 yaşı var. O, bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, istefası ilə bağlı ölkə prezidentinin sərəncamını gözləyir.

Paylaş: