Bz. Dek 8th, 2019

Gəncədə oğul atasını qətlə yetirib

Gəncə şəhərində oğul atasını qətlə yetirib.

Turkustan.info-nun məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yüsif Mübariz oğlu Dadaşov sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. /report/

Paylaş: