Ç. Dek 11th, 2019

Elçin Əlibəyli bu sözləri deyib televiziyadan getdi – VİDEO

Məşhur aparıcı Elçin Əlibəyli televiziyadan uzaqlaşmaq qərarı verib.

Elçin Əlibəyli “Speys” telekanalında yayımlanan, aparıcılıq etdiyi “El bizim-sirr bizim” verilişinin son buraxılışını təqdim edib:

“Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Sonda sözümü deyirəm. Bu mənim sizinlə sonuncu görüşümdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün sənətin, peşənin aşağılandığı yerdə olmaram deyə sizinlə, televiziya ilə vidalaşıram”.

Qeyd edək ki, ötən ay Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi. /teleqraf.com/

Paylaş: